Şrift:
İranın neft nazirinə qarşı sanksiya tətbiq olunub
16.11.2020 [11:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın neft naziri Bijən Zəncənənin adı da ABŞ-ın sanksiyalar siyahısına salınıb.

Nazirlə yanaşı, İranın bir neçə neft şirkətinin rəhbərinə qarşı da sanksiyalar tətbiq olunub.

Məsələyə münasibət bildirən B.Zəncənə deyib ki, ABŞ İranın neft ixracını sıfır səviyyəsinə endirə bilmədiyi üçün adımı sanksiyalar siyahısına əlavə edib.

Onun sözlərinə görə, bu, əhəmiyyətsiz addımdır. Sanksiyaya əsasən, nazirin ABŞ-a səfəri, banklar və şirkətlərlə əməkdaşlığı qadağan edilib.

Qeyd edək ki, B. Zəncənənin “Twitter” hesabı da bağlanıb
Bu xəbər oxucular tərəfindən 161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed