Şrift:
Fərəc Quliyev:Savaş bitməyib, diplomatik masaya transfer olub-VİDEO
16.11.2020 [21:50] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
16.11.2020-ci il tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, İstiqlalçı deputat Fərəc Quliyev Xəzər teleiziyasının “Birinci studiya” verilişində canlı efirin qonağı olub. Partiya sədri çıxışı zamanı bildirib ki, müharibə bitməyib, savaşın diplomatik masaya transfer olmasını yaşayırıq. Fərəc Quliyev çıxışı zamanı ermənilərin Kəlbəcərdən çıxarkən vurduğu ziyana da aydınlıq gətirib. O bildirib ki, ermənilər ərazilərimizi yandırmaqla gəlmə olduqlarını sübut edirlər. Ermənilər millət yox, qəbilə imişlər. Lakin türklər hara gedibsə, öz mədəniyyətlərinidə aparıblar.
O, həmçinin vətəndaşlarımızın məskunlaşması ilə bağlı bildirib ki, daha tez məskunlaşmanı həyata keçirmək üçün, bu prosesi geridən yox, öndən başlamaq lazımdır. Bərpa işlərini Bakıdan Xankəndinə kimə deyil, o tərəfdən geriyə başlamaq lazımdır.

Həmin verilişin video linkini təqdim edirik:

AÇILMAZSA TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 207 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed