Şrift:
İtaliyanın dövlət borcu 2,5 trilyon avronu ötüb
17.11.2020 [10:29] - Gündəm, İqtisadiyyat
İtaliyanın dövlət borcunun səviyyəsi yeni rekord səviyyəyə çatıb və bu ilin sentyabr ayında 2 trilyon 582 milyard avroya bərabər olub.

Bu barədə məlumatı İtaliyanın Mərkəzi Bankı yayıb.

Bankın məlumatına əsasən, dövlət borclarının həcmi avqustdan sentyabradək 3,8 milyard avro artıb.

Maliyyə böhranından böyük zərbələr alan İtaliya Avropada koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən biridir. Ölkə iqtisadiyyatında mühüm paya malik olan turizm və asudə vaxtın təşkili sektorlarında bu il olduqca aşağı dövriyyə qeydə alınıb, ölkənin səhiyyə sistemi kollaps halına çatıb.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, hələ böhrandan öncə ümumi daxili məhsulun (ÜDM) 135 faizi həcmində dövlət borcuna malik İtaliyada bu ilin sonunadək borclanma ÜDM-in 162 faizinə çata bilər. Avrozonada isə ümumilikdə götürdükdə bu il borclanma ÜDM-in 84 faizindən 101,1 faizinə yüksələ bilər. Bu müqayisə də öz növbəsində İtaliya iqtisadiyyatındakı vəziyyətin acınacaqlı olduğunu göstərməklə yanaşı, hökumətin mövcud böhranı dəf etmək üçün əlavə vəsaitlərə ehtiyacı olacağını, yəni dövlətin daha çox borclanmaya gedəcəyini göstərir.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed