Şrift:
Əli Əkbər Vilayəti: Torpaqlarını işğaldan azad edən Azərbaycan xalqını təbrik edirik
17.11.2020 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zəbt olunan şəhərlər azad edilməli idi və Azərbaycan xalqı torpaqlarını işğaldan azad etdi. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirik.

Bu sözləri İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti beynəlxalq videoseminarda səsləndirib.

O qeyd edib ki, İran ilə Azərbaycan ortaq tarixə, mədəniyyətə və dinə malikdirlər. Bu səbəbdən regionda qan tökülməsini İran istəmir. Rəsmi Tehran bundan sonra ədalətli bir sülhün yaradılacağına ümid edir.

Ə.Ə.Vilayəti nəzərə çatdırıb ki, radikal dini qruplaşmaların Azərbaycan tərəfində döyüşmələri haqqında gəzən söz-söhbətlərin heç bir əsası yoxdur. Çünki Azərbaycanın kifayət qədər hərbi və iqtisadi gücü var.

Ali Rəhbərin müşaviri onu da qeyd edib ki, İran region dövlətlərinin sərhədlərinin dəyişdirilməsinin əleyhinədir.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed