Şrift:
Moldovanın nüfuzlu KİV-ləri ermənilərin vandal hərəkətlərinə dair məqalələr dərc edib
17.11.2020 [10:45] - Xəbərlər, Siyasət
Moldovanın nüfuzlu KİV-ləri Azərbaycanın Kəlbəcər, Laçın və Ağdam rayonlarında evlərin ermənilər tərəfindən yandırıldığına dair xəbərləri geniş işıqlandırıb.

“Timbul”, “Tribuna”, NOİ.MD, AVA.MD və digər informasiya portallarında dərc edilən məlumatlarda Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxan ermənilərin evlərə od vurduqları barədə ətraflı məlumat verilib, foto və videolar təqdim olunub. Vurğulanıb ki, ermənilər azərbaycanlılara qalmaması üçün evlərini yandırır, ağacları kəsirlər.

Qeyd edilib ki, əldə olunan razılaşmaya əsasən, Ermənistan dekabrın 1-dək Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmalıdır.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed