Şrift:
Qahirədə Milli Dirçəliş Günü və Şanlı Qələbəmiz münasibətilə tədbir keçirilib
18.11.2020 [10:29] - Xəbərlər, Mədəniyyət
Azərbaycanın Misirdəki səfirliyində Milli Dirçəliş Günü və Şanlı Qələbəmiz münasibətilə bu ölkədə yaşayan azərbaycanlıların iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev Misirin müxtəlif şəhərlərindən gəlmiş soydaşlarımızı Milli Dirçəliş Günü və xalqımızın Şanlı Qələbəsi münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin mətanəti sayəsində torpaqlarımız düşmən işğalından azad edilib. Bu Şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin də böyük rolu olub. Artıq biz ölkəmizin və bütövlükdə regionun daha sürətli inkişafına əngəl olan Qarabağ problemini həll etmişik və bundan sonra bütün səylər yalnız Azərbaycanın tərəqqisinə yönələcək. “Bu gün xalqımızın bu Qələbəni, böyük zəfəri bayram etməyə tam haqqı çatır. Müzəffər Ali Baş Komandanımızın müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində biz cəmi 44 gün ərzində ermənilərin ötən əsrin 90-cı illərinin əvvəlində öz havadarlarının köməyi ilə 3-4 ilə işğal etdikləri torpaqları azad etdik”, - deyə səfir vurğulayıb.

T.Rzayev əlavə edib ki, müharibənin başa çatmasına baxmayaraq, Azərbaycan xalqının öz torpaqlarının azadlığının tam təmin edilməsi uğrunda diplomatiya və informasiya mübarizəsi davam edir. O qeyd edib ki, Misirdəki səfirliyimiz sentyabrın 27-dən etibarən bu ölkənin KİV-lərində 500-dən çox məqalə, xəbər, müsahibə, foto və videomaterialların yerləşdirilməsinə nail olub. Səfir soydaşlarımıza müraciət edərək deyib ki, hamımız düşmənin feyk xəbərlərinin ifşa edilməsi istiqamətində yerli mətbuatda, sosial şəbəkələrdə daha da fəal olmalıyıq
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed