Şrift:
Güney Azərbaycanın Zəlzələ bölgəsində ölümcül şaxtalar minlərlə evsiz insanın həyatını təhlükəyə salıb
17.11.2012 [14:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qaradağda zəlzələ 3 aydan çoxdu baş verib, ama zərərçəkənlərin əksəriyyəti çadırlarda yaşayıllar.İran dövləti tərəfindən indiyə kimi zəlzələ bölgəsində yaşayan əhalinin hazır evlərdə və yaxud kanekslərdə məskunlaşdırılması üçün doğru düzgün bir tədbir görülməyibdi. Qaradağ mahalı Güney Azərbaycanın dağlıq bölgəsidi. Bu məntəqədə soyuq digər aran bölgələrdən tez düşər. Qar ərkən yağmaqa başlar, qar kəsdikdən sonra şaxta başlar və aylarca sürər. Havanın soyuqluğu neşə dərəcə sıfırdan aşağı düşər. Hal hazırda evsiz eşiksiz əhali bu ölümcül soyuqla mücadilə aparır və çadırlarda bu çətin anları keçirmək və yaşamaq məcburiyətindədilər. İmkanlı ailələr bölgəni tərk edib başqa şəhərlərdə məskunlaşıblar ama imkanı olmayan yoxsul ailələr həyatla mücadiləni bu çətin şərayitdə davam etdirillər və demək olar ölümlə dirilik arasında savaşı irəli sürüllər.
Iran dövlət məqamlarının verdiyə vədələrə görə zəlzələ hadisəsində dağılan evlər yenidən tikilib 45 gün müddətində əhaliyə təhvil verilməliydi ama hələlik yeni evlərdən heç bir xəbər yoxdu. Bir neçə gün qabaq Vərziqan məntəqəsinin İran parlamentindəki nümayəndəsi dedi “zəlzələdən zərər çəkən əhalinin əksəriyyəti hal hazırda çadırlarda və uçuq evlerdə yaşayıllar”. Allahverdi Dehqan bu barədə İran radio televizya təşkilatını zəlzələ zonasından xalqa yalan məlumat çatdırmaqda ittaham etdi və dedi İran mediası məsələyə bir mənalı yanaşır və 3 aydan çoxdu bu hadisə baş verib, 60-dan çox kənd və bir şəhərə dövlət tərəfindən heç baxılmayıbdı və əhali bir çox obyektlərin yerinə yetirilməməsindən əziyət çəkir.
Bir neçə gün qabaq İran dövlətinə bağlı olan bir çox xəbər mənbələri 400-dən çox zərər çəkən kənd əhalisinin həyatının soyuqda və şaxtada keçməsindən xəbər vermişdilər və əhali ağır hava şərayitində öz həyatını sürdürmək məcburiyətində qalıbdı diyə bəyan etmişdilər. Eyni haldakı zəlzələ zamanı 17000 min bina zərər görübdü və eksəriyəti tamailə yerlə yeksan olubdu, Buna baxmayaraq İran prizdenti Mahmud Əhmədinəcad 1 noyabır 2012 tarixində zəlzələ məntəqəsinə etdiyi səfər zamanı jurnalistlərə və İran mədiasına yalan məlumat verdi və bu barədə dedi: “Yıxılan evlərin yenidən bərpa edilməsi sürətlə irəliləyir və İran höküməti bu barədə dünyada təzə bir rekorda sahib oldu və heç kimsə bu rekordu bu tezlikdə qazanmağa qadir deyidi”. Ama əhalinin əksəriyyəti və zəlzələ məntəqəsindən görüş keçirən bir çox Milli və mədəni fəallar bunun yalan olduğunu vurğulayıllar və deyillər indiyə kimi əhali günlərini soyuq çadırlarda keçirmək məcburiyətində qalıblar və canlarını ölümcül şaxtadan qurtarmaq üçün çadırlardan başqa sığınacaq bir yerləri belə yoxdu.
İran höküməti çox çalışdı zəlzələdə zərər çəkənlərin prablemlerini ört basdır etsin və uçuq binaların bərpası barədə mediada çoxlu şişirdici təbliğat aparıldı ama müstəqil mənbələr və hətta Əhmədinəcad höküməti ilə müxalif olan mühafizəkar qüvvələrə məsub olan xəbər mənbələri bunun yalan olduğunu bəyan etdillər və hökümət tərəfindən əhaliyə verilən vədələrin indiyə kimi bir çoxunun yerinə yetirilmədiyini söyləyillər. Nümunəvi olaraq hökümət 8000 min hüdudunda kaneksin əhalinin müvəqqəti sığınacaqı olsun diyə verilməsindən xəbər vermişdi, ama əhalinin əksəriyyəti indiyə kimi soyuq çadırdan başqa bir sığınacağı olmayıbdı.
Güney Azərbaycan milli və mədəni fəallarının əksəriyyətinin fikricə, Iran dövləti bu fəlakətə laqeyd yanaşması ilə, Güney Azərbaycan Türklərinə qarşı öz düşmənçiliyini və çirkin üzünü açıqcasına göstərdi. Hakimiyyət ayrıseçgiliyə və rasisti ideologıyaya dayanan siyasətləri və planları ilə bunu çatdırmaq istədiki Azərbaycan Türklərini tədricən və müxtəlif yollarla, məhv etmək niyyətindədir. Zəlzələdə zərər çəkənlərin tək günahı sadəcə onların Türk kökənli olamarıdı və bunun üçün islam hakimiyyətinin orqanları və yetkili şəxsləri bu fəlakətə qərəzli münasibət bildirdilər və Lazımı yardım etmədilər.
Zəlzələ məntəqəsində əhalinin məişət vəziyəti ağıla sığmaz qədər çətindi. Şiddətli soyuq hava şərayiti hakimdi və artıq bir neçə gündür ki, fasiləsiz qar yağır. Vəziyətin belə davam etdiyi təqdirdə yəni əgər hakimiyyət qüvvələri əhalinin müvvəqqəti sığınacaq lara və hazır evlərə yerləştirməsi barədə bir fikir qilmasalar o zaman əhalinin bir çoxunun şaxtadan və soyuqdan xəstələnib, donub və ölüm təhlükəsi ilə qarşılaşacağı ehtimali vardır. Faktiki olaraq son 1 ay içində bir neçə uşaqın təcili tibbi yardım göstərilmədiyi üçün ölümünün şahidi olduq və bir neçə çadırın yanması və bir yaşlı qadının yanqın səbəbindən həlak olması, çox üzücü hadisələrdən biriydi. Üstəlik qar yağışın çoxlaması bir çox dağlıq bölgələrdə yerləşən ucqar kəndlərə nəqliyat və gəl gedin çətinləşməsinə və bu kəndlərin şəhərlərlə əlaqəsinin kəsilməsinə səbəb ola bilər. əldə edilən məlumatlara görə zərər görən kəndlərin bir çoxunda su tapılmır və şaxtalı havadan dolayı sular donur. Əhali üçün tibbi yardım yetərincə edilmir. Əhali Dava dərman və həkim qitliğından şikayətçidilər. Təmizlik imkanlarının kifayət qədər olmamsı üçün bir çox yoluxucu xəstəlikləri əhali içində yayılma ehtimalını artırır. Əhalini bu fəlakətdən xılas etmək üçün dövlətin və hökümət orqanlarının təcili yardımna ehtiyac vardı ama dövlət yetkililəri ağır şərayitin olmasına rəğmən yenədə məsələyə biganə yanaşıllar və məsuliyyətdən boyun qaçırıllar. Qış fəsli yaxınlaşır və vəziyətin bundanda artıq ağırlaşacaqı gözlənilir.
Əgər belə fərz edilirsə və düşünülürsə Iran hakimiyyətinin qaradağ zəlzələsinə olan münasibəti qəsdən həyata keçirilməyib və əgər bu məsələ dövlətin bir səhv əməli kimi qimətləndirilisə, o zaman olağan üstü hallarda bu dövlətin böhran idarəçiliyində nə qədər bacarıqsız və aciz olduğu ortaya çıxır. Bu halda üzdə yalandan poz verib, dünyaya meydan oxuyan İran hakimiyyəti bir təbii fəlakətin öhdəsindən gələ bilmədi. Zəlzələ məntəqəsində hakimiyyət tərəfindən görülən işlərə baxdıqda, hakimiyyətin bu barədə indiyə kimi medaiya verdiyi şisirdilən və qabardılan məlumatların bir çoxunun yalan olduğunu göstərdi. Çadirlarda şaxtadan və soyuqdan titrəyən ölüm təhlükəsilə mücadilə aparan soydaşlarımızı görünür ki hakimiyyətin verdiyi yalan vədələr və məlumatlarla həqiqətlər və faktlar arasında çox fərq vardı.
Qaradağ zəlzələsində qəsdən yada səhvən olursa olsun indiyə kimi baş verən hadisələrin, bütün nöqsanların və gələcəkdə təxmin ediən insani faciənin məsuliyyəti İran hakimiyyətinin üstünə düşür və Azərbaycan Türklərinin əleyhinə həyata keçirdikləri bütün qeyri-insani əməlləri barədə və bu təbii fəlakətdə məsuliyyətsizlik ləridən dolayı bir gün Azərbaycan millətinin ədalət masası qarşısında cavab verməlidilər.
Elçin Hatəmi
Bu xəbər oxucular tərəfindən 1134 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed