Şrift:
Gürcüstanda azərbaycanlılara qarşı cinayət törədənlər saxlanılıb (VİDEO)
18.11.2012 [13:19] - Gündəm, Borçalı
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Fərəc Quliyevin sözlərinə görə, Gürcüstanın yeni hakimiyyəti qonşuluq prinsiplərini dəyişməməlidir. Çünki Gürcüstanda 500 mindən artıq azərbaycanlı yaşayır. Bundan başqa, Azərbaycanla Gürcüstan arasında enerji və humanitar sahədə sıx əməkdaşlıq mövcuddur. “Bir ara hətta onların rəhbərlərindən konfederativ dövlət yaratmaq çağırışı oldu. Azərbaycanlılar orada ermənilərdən fərqli olaraq separatçı deyil. Ermənilər Axalkalakidə müstəqillik uğrunda çalışırlar. Amma 600 min əhali olan azərbaycanlılar Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Orada çiyin-çiyinə inkişafa yardım edib. Amma çox səhv olaraq, Gürcüstan hakimiyyəti son vaxtlar diskriminasiya edir”, - deyə o vurğulayıb.

Deputat Mahir Dərziyev: "Azərbaycanlılara qarşı son vaxtlar cinayət hadisələrinin çoxalması əvvəlki hakimiyyətin təxribatıdır"

Gürcüstanda yaşayan azərbaycanlılara qarşı zorakılıq törədən şəxslərdən artıq 3-ü saxlanılıb. Bu istiqamətdə Gürcüstan polisinin araşdırmaları davam edir. Bu barədə Gürcüstan parlamentinin Marneulidən olan üzvü Mahir Dərziyev məlumat verib. Onun fikrincə, Gürcüstanda yaşayan azərbaycanlılara qarşı son vaxtlar cinayət hadisələrinin çoxalması əvvəlki hakimiyyətin təxribatıdır.

“Mən bunu hardasa köhnə iqtidarın yeni iqtidara qarşı müxtəlif sahələrdə apardığı mübarizənin bir tərəfi hesab edirəm. Yəni, bu adamların məqsədi bu faktlarda heç də adicə qarət olmayıb. Burada ayrı məqsədlər olub. Ən birincisi isə əhalidə yeni hökumətə qarşı narazılıq yaratmaqdır”.

Qeyd edək ki, Gürcüstanın daxili işlər naziri İrakli Qaribavili də azərbaycanlılara qarşı hücumlara münasibət bildirib. Qaribaşvili deyib ki, azərbaycanlılarla bağlı baş verən bütün hadisələrdən xəbərdardır və aparılan təhqiqata şəxsən özü nəzarət edəcək.

Xatırladaq ki, son 2 ay ərzində Gürcüstanda azərbaycanlılara qarşı 12 cinayət hadisəsi baş verib. Son 1 ayda 3 ailəyə basqın edilib və azərbaycanlılar döyülüb.

VİDEO DAVAM...
Bu xəbər oxucular tərəfindən 1408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed