Şrift:
Şahbuz rayonunda növbəti humanitar tibbi aksiya təşkil olunub
18.11.2020 [11:52] - Xəbərlər, Sağlıq
Naxçıvan Muxtar Respublika Xəstəxanasının 24 nəfərdən ibarət həkim briqadası tərəfindən Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq, Kolanı və Kükü kəndlərində müayinələr aparılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bildirilib ki, tibbi aksiyada müxtəlif ixtisas həkimləri iştirak ediblər.

Xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 30 xəstəyə evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib. Xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan zəruri dərmanlar verilib.

Ahıl və yataq xəstələri başqa yerlərə getmədən, ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları əhalinin sağlamlığının qorunmasına yönəldilmiş təşəbbüslərin uğurlu icrası kimi dəyərləndiriblər.

Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed