Şrift:
Beynəlxalq Muğam Mərkəzi Qələbə sevincli videoçarx hazırlayıb
20.11.2020 [10:43] - Xəbərlər, Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzi dövlətimizə və ordumuza dəstək məqsədilə hərbi vətənpərvərlik mövzusunda “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb.

Müasir Azərbaycan tarixinin çox mühüm, taleyüklü, zəfər dolu günlərində şanlı Ordumuza dəstək məqsədilə lentə alınan 3 hissəli videoçarxda muğam ifaçıları Ali Baş Komandana və ordumuza dəstəklərini ifadə ediblər.

Vurğulanıb ki, Qarabağın azadlığı uğrunda ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurub. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşub, Qarabağın keçilməz dağlarında qanları ilə tarix yazıb. Torpaqlarımız doğma Azərbaycanına qovuşub. Dədə-baba torpaqlarımız erməni vandallarının əsarətindən azad olunub.

“Qarabağ Azərbaycandır!” videoçarxında Xalq artistləri Ramiz Quliyev, Möhlət Müslümov, Fikrət Verdiyev, Mənsum İbrahimov, Teyyub Aslanov, Munis Şərifov, Gülyanaq Məmmədova, Fəxrəddin Dadaşov və Əməkdar artistlər Nuriyyə Hüseynova, Elnur Zeynalov, Səbuhi İbayev, BMM-nin solistləri Rövşən Qurbanov, Könül Xəlilzadə, Səbinə Ərəbli , Elgiz Əliyev və digər xanəndələrin çıxışları yer alıb.

Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi doğma torpaqlarımızdan çəkilmiş kadrların da yer aldığı videoçarxın birinci hissəsini BMM-nin “YouTube” və sosial şəbəkə hesablarından izləmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed