Şrift:
Azərbaycandan 73 min ton pambıq lifi və 6,6 min ton pambıq ipliyi ixrac olunub
20.11.2020 [10:52] - Gündəm, İqtisadiyyat
Bu ilin 10 ayında Azərbaycandan 73 min ton pambıq lifi və 6,6 min ton pambıq ipliyi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatı xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 96 milyon, pambıq ipliyinin dəyəri isə 13,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 91,8 milyon dollarlıq 65,8 min ton pambıq lifi, 24,5 milyon dollarlıq 10,3 min ton pambıq ipliyi ixrac edilib.
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed