Şrift:
PKK məsulu, kürd terrorçuların Qarabağda olduğunu dolayısı ilə təsdiqləyib
20.11.2020 [11:10] - Xəbərlər, Siyasət
PKK-nın qadın qolunun məsulu deyib: "Ermənilər nə vaxt istəsələr, biz yenədə Qarabağda onların azadlığı üçün mübarizə aparmağa hazırıq."



Azərbaycan və Türkiyə rəsmiləri dəfələrlə Qarabağda ən az 2000 PKK terrorçusunun olduğunu bildirmişlər. Kəşfiyat hesabatlarına görə, PKK terrorçularının əsasən Ermənistan üçün strateji əhəmiyyətə malik olan Laçın və Kəlbəcər cəbhələrində vuruşduğunu göstərirdi. Bu bölgələr həm də coğrafi şərayiti və reliyefinə görə, PKK terrorçularının döyüşməkdə daha çox təcrübəyə sahib olduğu bölgələr olaraq qəbul edilir.



Terrorçuların demək olar ki hamısı İran İnqilab Keşikçiləri Korpusu ilə koordinasiya edilərək İran üzərindən Ermənistana köçürülüb. Zəngəzur bölgəsindəki ilk PKK bazası (Meqri) İranın Qüds qoşunu tərəfindən qurulubdur.
Bu xəbər oxucular tərəfindən 277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed