Şrift:
Noyabrın 21-də Brüsseldə İranla “5+1” ölkələri görüşəcək
19.11.2012 [12:06] - Güney Azərbaycan xəbərləri
Noyabrın 21-də Belçikanın paytaxtı Brüssel şəhərində İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.

Bu barədə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, K. Eştonun sədrliyi ilə keçiriləcək görüşdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin rəhbərlik etdiyi nümayəndə heyəti və “5+1” ölkələrinin təmsilçiləri iştirak edəcəklər. Görüşdə İranın mübahisəli nüvə proqramı əsas müzakirə mövzusu olacaq.
Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed