Şrift:
“Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı aksiyaya həsr olunan videoçarx təqdim edilib
23.11.2020 [11:05] - Xəbərlər, Mədəniyyət
Şanlı Ordumuzun cəbhədə böyük şücaət və möhkəm iradə göstərərək əzəli torpaqlarımız olan Qarabağı işğaldan azad edərək bizlərə qələbə sevinci yaşadıb. Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı aksiyaya həsr olunan videoçarx hazırlayıb.

Aksiyanın keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməklə onlarda məktub yazmaq vərdişi aşılamaqdır.

Aksiya çərçivəsində kitabxanaya 1000-ə yaxın məktub daxil olub.

Respublika Uşaq Kitabxanası aksiyaya həsr etdiyi videoçarx vasitəsilə əsgərlərə yazılan məktublardan bir neçəsini təqdim edib. Yazılan məktublar kiçik ürəklərin böyük məhəbbətidir.

Qeyd edək ki, videoçarx kitabxananın “Facebook”, “Instagram”, “Twitter” sosial şəbəkələri, “YouTube” və kitabxananın internet ünvanı vasitəsilə təqdim edilir.

Aşağıdakı link vasitəsi ilə video-materialı izliyə bilərsiniz:

https://www.youtube.com/watch?v=LYXLdMM6c5w
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed