Şrift:
Qusarda 464 yerlik məktəb binasının əsaslı təmiri yekunlaşmaq üzrədir
25.11.2020 [10:56] - Gündəm, İqtisadiyyat
Qusar rayonunun Quxuroba kənd tam orta məktəbində əsaslı təmir-bərpa işləri yekunlaşdıqdan sonra 464 şagirdin təhsil alması üçün lazımi şərait yaradılacaq.

Məktəb binasında təmir-bərpa işlərinə ötən ilin iyul ayından başlanılıb. Hazırda təmir-bərpa işlərinin 90 faizdən çoxu başa çatdırılıb.

Məktəbin direktoru Rasid Tahirov bildirib ki, 1989-cu ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yararsız idi. Təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək.

Hazırda binanın həyətinin abadlaşdırılması, elektrik sisteminin quraşdırılması və daxili tərtibat işləri həyata keçirilir. Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed