Şrift:
Eksternat imtahanlarına onlayn sənəd qəbulu davam edir
25.11.2020 [10:57] - Xəbərlər, Bildiriş
Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara onlayn sənəd qəbulu davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, onlayn sənəd qəbulu dekabrın 18-dək həyata keçiriləcək. Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri eksternat.senedqebulu@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Bakı şəhəri üzrə eksternat qaydasında aralıq imtahanları 2020-ci il dekabrın 28-dən 2021-ci il yanvarın 16-dək paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Xatırladaq ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Bu xəbər oxucular tərəfindən 243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed