Şrift:
Ukraynada koronavirus tüğyan edir
25.11.2020 [10:59] - Gündəm, Sosial
Ukraynada son sutkada koronavirusa yoluxanların sayında artım qeydə alınıb.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, ötən gün Ukraynada 13 882 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların ümumi sayı 661 min 858-ə çatıb, 307 min 778 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.

Ötən gün ölkədə 229 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 11 492 nəfərə çatıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.
Bu xəbər oxucular tərəfindən 105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed