Şrift:
“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi davam edir
25.11.2020 [11:12] - Xəbərlər, Mədəniyyət
Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi davam edir.

Nazirlikdən bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə öz qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, qədim və müasir el havalarının öyrənilməsi və qorunması, Qarabağ aşıq sənətinin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bu işin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarətdir.

Müsabiqənin 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə 18-20 yaşarası gənclərin də qoşulması mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə iştirak edə və seçdiyiniz nominasiya üzrə 1 nömrədən ibarət videoçarx təqdim edə bilərsiniz. Videoçarxın ifa müddəti 3 dəqiqədən çox olmamalıdır.

Müsabiqəyə qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, nominasiya və ifa etdiyi mahnının adı) hazırladıqları videoçarx ilə birgə dekabrın 30-dək qarabagasiqseneti@gmail.com elektron ünvana göndərməlidirlər. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlamaq olar.

Müsabiqənin qalibləri 2021-ci ilin mart ayında elan olunacaq. Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed