Şrift:
“Rabitəbank” müştərilərinə “Green Friday” endirimini təklif edir
25.11.2020 [11:13] - Gündəm, İqtisadiyyat
Endirim fürsətlərindən faydalanmaq məqsədilə noyabrın son həftəsini gözləyən müştərilər üçün “Rabitəbank” da “Qara cümə” trendinə qoşularaq özünəməxsus “Green Friday” kampaniyasını təklif edir. Yalnız bir gün – noyabrın 27-də nağd pul krediti götürmək istəyən müştərilər bir sıra fürsətlərdən yararlana biləcəklər. Həm yeni, həm də dövri müştərilər “Rabitəbank”ın nağd pul kreditini heç bir komissiya və sığorta haqqı ödəmədən əldə edə bilərlər. Üstəlik, kreditin illik minimal faiz dərəcəsi isə cəmi 15 faizdir. Komissiyasız və sığorta haqqı olmadan müştərilər maksimum 20.000 AZN, zaminsiz isə maksimum 10.000 AZN nağd pul krediti əldə edə biləcəklər.

36 ay müddətinə təklif olunan nağd pul kreditini bankın istənilən filialına yaxınlaşaraq, “www.rabitabank.com” veb-saytından, “Rabitəbank Mobil” əlavəsi və “RabitaBot” vasitəsilə onlayn sifariş edərək əldə etmək mümkün olacaq. Endirimli cümə təklifi üçün daha ətraflı məlumatı bankın 133 Çağrı mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed