Şrift:
Azərbaycan İnsan Haqları Cəmiyyətinin "ƏRK" Abbas Lisani ilə bağlı şikayəti
25.11.2020 [11:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı məhkum, tanınmış insan hüquqları müdafiəçisi və İranda Ana dilində oxumaq hüququ uğrunda ən görkəmli mübarizlərdən olan cənab Abbas Lisaniyə qarşı İslam Respublikasının rəsmilərinin özbaşına rəftarı barədə sizə aşağıdakı 5 saylı şikayəti göndəririk.



Doğrulanmış məlumatımız aşağıdakı kimidir



13 noyabr 2020-ci ildə İran hökumətinin səlahiyyətliləri cənab Lisani və onun yaxın ailəsi ilə əlaqəni kəsdi. Həbsxanada cənab Lisaniyə qarşı bu özbaşına hərəkət ikinci dəfədirki baş verir. Həbsxana rəsmiləri əmrin birbaşa Baş Prokuror “Təbatəbai” və Ərdəbil əyalətindəki ədliyyə nazirliyinin rəisi hakim“Ətəbati” tərəfindən verildiyini bildiriblər.



20 Noyabr 2020-ci ildə cənab Lisani, həbsxana mühafizəçisi kabinetində oturaq etiraz edərək, bu özbaşına davranışlara son verilməsini istədi. 5 saatdan sonra Ərdəbil Dövlət və İnqilab Prokurorluğunda məsul olan zabit hakim “Təbatəbai” nin ziyarət qadağası haqqında məktubunu cənab Lisaniyə göstərdi.



Daha sonra onun çərşənbə axşamı ailəsi ilə həbsxanada görüşməsi üçün ziyarət qadağasının qaldırıldığını, ancaq telefon danışıqlarına qoyulan qadağanın davam edəcəyini söylədilər.



14 Oktyabr 2020-ci ildə” Amnesty International”, "Abbas Lisani"nin Ərdəbil əyalətinin Ərdəbil həbsxanasında özbaşına saxlanıldığını bildirərək cənab Abbas Lisaniyə görə təcili tədbir görməyə çağırdı.



İnsan haqları təşkilatı onun tamamilə ədalətsiz şəkildə keçirilən məhkəmədə 15 il həbs cəzasına məhkum edildiyini qeyd edir. Apellyasiya məhkəməsinə əvvəllər prokurorluq etmiş və Abbas Lisaniyə qarşı ittihamlar irəli sürmüş hakim sədrlik edib. Ali Məhkəmə, 2020-ci ilin iyul ayında məhkəmə tələbini rədd edib və 15 illik həbs cəzasını təsdiqləyib. İndi aşağıda:



(Frist UA: 156/20 Indeks: MDE 13/3130/2020 Иран)

(https://www.amnesty.org/download/Documents/MDE1331302020ENGLISH.pdf).



8 oktyabr 2020-ci ildə silahlanmış mülki geyimli şəxslər A.Lisaninin ailəsinin avtomobilini yandırdılar



29 sentyabr 2020-ci il tarixində azərbaycanlıların İran İslam Respublikasının siyasətlərinə və Qarabağa silah ixracatına qarşı çıxdıqları dinc nümayişlərlə eyni zamanda, cənab Lisani ilə görüş və telefon əlaqəsi Ərdəbil həbsxanası məsulları tərəfindən qadağan edildi. A.Lisani ailəsinə isə bu qadağanın ölkənin Baş Prokrorluğu tərəfindən tətbiq edildiyini bildirdilər.



Biz yuxarıda vurğulanan qadağaların və hərəkətlərin tətbiqini qismən də olsa ona psixoloji işgəncə vermək məqsədi ilə həyata keçirildiyini hiss edirik. Çünki, rəsmilər ona qarşı fiziki işgəncə verməyə heç bir səbəb tapa bilmirlər. Cənab Lisani'nin sərbəst buraxılması yalnız sizin vəzifənizdən irəli gələn səlajiyyətləriniz sayəsində təmin edilə bilər. Sizi dərhal hərəkətə keçməyə çağırırıq



Azərbaycan İnsan Haqları Cəmiyyətinin sədri "ƏRK"
Bu xəbər oxucular tərəfindən 270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed