Şrift:
"Borussiya" klubu "Şaxtyor Donetsk"i, "Mançester Siti" isə "Olimpiakos"u məğlub edib
26.11.2020 [09:45] - Gündəm, İdman
Noyabrın 25-də UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turu çərçivəsində növbəti iki oyun keçirilib.

İkinci oyun günündə B qrupunda yer alan Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu Ukraynanın "Şaxtyor Donetsk" komandasını qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən matçda Almaniya təmsilçisi rəqibini 4 cavabsız topla məğlub edib. Bu qələbə ilə "Borussiya" 8 xalla qrupda birinci pilləyə yüksəlib. "Real Madrid" 7 xalla ikinci, "Şaxtyor Donetsk" 4 xalla üçüncü, "İnter" (İtaliya) 2 xalla dördüncüdür.

C qrupunda isə Yunanıstanın "Olimpiakos" komandası İngiltərənin "Mançester Siti" klubu ilə üz-üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən "Mançester Siti" qrupdakı liderliyini davam etdirir. İngiltərə təmsilçisinin hesabında 12 xal var. Portuqaliyanın "Porto" klubu 7 xalla ikinci, "Olimpiakos" 3 xalla üçüncü, "Marsel" (Fransa) isə 1 xalla dördüncü pillədə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed