Şrift:
Güneyli ekizlər "Varan" və "Ozan"a türk adlarına görə sənəd verilmir
27.11.2020 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Xiyav (Meşkin) şəhərindən olan ekizlərin valideynəri Mehdi və Elnaz xanım Üsulinin Varan və Ozanın dünyaya gəlmələrindən 50 gün keçməsinə baxmayaraq bu müddət ərzində onlara doğum haqqında şəhadətnamə almaq cəhdləri nəticəsiz qalıb.



Qeydiyyat idarəsi ata-Anaya uşaqlara seçdikləri adın "İran" adı olmadığını bildirib və sənəd verməkdən imtina edirlər.



Xatırladaq ki, bu uşaqlara türk adının qoyulması ilə bağlı hər zamankı problemdir.



Bir müddət öncədə Güney Azərbaycanın Tikantəpə(Tikab) şəhərində "Əli Hidayəti" oğuluna "Onur" adını seçdiyi üçün 42 ay sürən məhkəmə prosesindən sonra doğum haqqında şəhadətnamə ala bildi.
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed