Şrift:
Bakıda üçmərtəbəli binada yanğın baş verib
30.11.2020 [10:24] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada (hostel kimi fəaliyyət göstərdiyi qeyd olunub) yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, üçmərtəbəli binanın 3-cü mərtəbəsi və dam örtüyü yanır. Binada yaşayış yoxdur.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed