Şrift:
İranda daha 389 nəfər koronavirusdan ölüb, 12 950 nəfər virusa yoluxub (Rəsmi statistika)
30.11.2020 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə noyabrın 29-da məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 47 874 nəfərə, xəstəliyə yoluxanların sayı isə 948 749 nəfərə çatıb.


Xanım Lari deyib ki, İranda bu günə qədər 658 292 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçünün bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində saxlanılan 5859 nəfərin vəziyyəti ağırdır.

Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirusla bağlı 6 milyon 81 min 952 test aparılıb.


Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 47 874 nəfərə, yoluxanların sayının isə 948 749 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 167 000 nəfəri keçdiyini, 20 milyon 850 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed