Şrift:
"Zahra Aslani" Qarabağın azadlığını dəstəklədiyinə görə təqib və təhdid edilir
30.11.2020 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Günaz TV-nin məlumatına görə, təhlükəsizlik qüvvələri Tehran sakini Zəhra Aslani ilə telefon əlaqəsi quraraq ondan Tehran “ETTELAAT” İdarəsinə getməsini istəyiblər.


Ancaq milli fəal telefon çağırışının qanunsuz olduğunu, qanuni və yazılı çağırış almadığı üçün təhlükəsizlik idarəsinə getməkdən imtina edib.


Məlumata görə, təhlükəsizlik məmurları daha sonra milli fəalın Muğannın Parsabad şəhərindəki Ata evinə gediblər.


Xanım Aslanini həbs edə bilməyən təhlükəsizlik qüvvələri ona davamlı zəng edərək hədələyiblər. Onlar, milli fəalın bacıısı qızını ad oxşarlığı səbəbindən həbs ediblər.


Fəalın təqib və təhdid edilməsinin Güney Azərbaycanda Qarabağ və Azərbaycan ordusuna dəstək nümayişləri ilə əlaqəli ola biləcəyi ehtimal olunur.
Bu xəbər oxucular tərəfindən 142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed