Şrift:
Tələbələrin nəzərinə
30.11.2020 [10:52] - Xəbərlər, Bildiriş
Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulu sabah başa çatır.

Bu barədə nazirlikdən bildirilib. Qeyd olunub ki, 2020/2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr elektron portala müraciətlərini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər.

Xatırladaq ki, Təhsil Nazirliyi sentyabrın 30-dan https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed