Şrift:
"Aşıq musiqisinin inciləri" layihəsi davam edir
30.11.2020 [11:10] - Gündəm, Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzi (BMM) "Aşıq musiqisinin inciləri" layihəsini davam etdirir.

layihənin növbəti təqdimatı Kəlbəcərli aşıq Allahverdi Qəmkeşə həsr olunub.

Allahverdi Əli oğlu Allahverdiyev (Allahverdi Qəmkeş) 1933-cü ildə Kəlbəcərin Şapılar kəndində dünyaya göz açıb. Atası Əli kişi ətraf bölgələrin tanınmış aşıqları ilə dostluq edirdi. O, oğluna yaxşı saz bağlatdırır, əvvəlcə onu aşıq Şəmşirin, sonra da aşıq Ələsgərin yetirməsi aşıq Ağayarın yanına şagirdliyə qoyur. Tezliklə Allahverdi Qəmkeş adı ilə tanınan aşığın sorağı Dağıstan, Gürcüstan və Orta Asiyada yayılır. O vaxtlar Təbrizdən dəvət alsa da, gedə bilmir.

1993-cü ilin aprelində Allahverdi Qəmkeş bütün Kəlbəcərlə birgə cənnət yurd-yuvasından didərgin düşür. 2008-ci ildə çox nəfis tərtibatda, aşıq sənətinin bilicisi, filologiya elmləri namizədi Elxan Məmmədlinin “Ön sözü” ilə “Şair-aşıq Allahverdi Qəmkeş xatirələrdə” kitab nəşr olunub. Allahverdi Qəmkeş 2002-ci ildə vəfat edib.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed