Şrift:
Göyçayda koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilib
30.11.2020 [11:24] - Gündəm, Sosial
Göyçay rayonunda koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilib və bu istiqamətdə dezinfeksiya işləri də qrafikə uyğun olaraq mütəmadi sürətdə davam etdirilir.

Rayon icra hakimiyyətindən bununla əlaqədar verilən məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşlar tərəfindən karantin rejimi qaydalarına əməl edilməsinə nəzarət məqsədilə reydlər keçirilir, habelə ictimai yaşayış evlərində, küçə və parklarda, əhalinin sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılır.

Təkcə son iki gündə çoxmərtəbəli yaşayış binalarının dəhlizləri, həyəti, avtovağzal kompleksi, parklar və küçələr, yol kənarları xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.
Bu xəbər oxucular tərəfindən 158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed