Şrift:
Qazax rayonunda koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan şəxslə bağlı cinayət işi başlanıb
01.12.2020 [10:58] - Gündəm, Sosial
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Qazax Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, rayon sakini 1996-cı il təvəllüdlü Mustafayev Kənan Xəlil oğlu COVID-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğunu bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, noyabrın 30-da rayon ərazisində mağazaya gedərək sakinlərlə təmasda olub. Bununla da o, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması üçün aidiyyəti üzrə Qazax Rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed