Şrift:
Doğma Laçına kiçik ailə biznesləri ilə qayıdacaqlar
01.12.2020 [11:02] - Gündəm, Sosial
Azərbaycanın daha bir rayonu – Laçın erməni faşizminin əsarətindən azad edilib və 30 ilə yaxın davam edən Laçın həsrətinə son qoyulub. Bu gün Laçın rayonundan olan özünüməşğulluq proqramı iştirakçılarının da sevincinin, qürur duyğularının həddi-hüdudu yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən dövrdə proqrama cəlb olunanlar arasında laçınlılar da az deyil.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar.

Onlar yaratdıqları bizneslərini də Laçına aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed