Şrift:
“Naxçıvan” Universitetinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
01.12.2020 [11:33] - Gündəm, Bildiriş
“Naxçıvan” Universitetinin əməkdaşları Nyu-Yorkda keçirilən “Fənlərarası tədqiqat və təcrübələrin inkişaf tendensiyaları” adlı onlayn beynəlxalq konfransda iştirak ediblər.

Universitetin mətbuat xidmətindən bildirilib ki, onlayn konfransda “Naxçıvan” Universitetini Riyaziyyat və informatika kafedrasının müəllimləri Səbinə Mahmudova, İlham Süleymanov, Nazlı Əjdərova və İqtisadiyyat kafedrasının müəllimi Rifat Mahmudov təmsil ediblər.

Konfransda Səbinə Mahmudovanın, İlham Süleymanovun, Nazlı Əjdərovanın “Wi Max şəbəkəsinin arxitekturası” mövzusunda, Rifat Mahmudovun isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əhaliyə xidmət müəssisələrinin rolu” mövzusunda çıxışları olub.

Konfransın sonunda tədbir iştirakçıları sertifikatlara layiq görülüblər.
Bu xəbər oxucular tərəfindən 200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed