Şrift:
Türkiyə Milli Müdafiə Nazirliyi: Qəhrəman Azərbaycan Ordusu Laçına daxil olub
01.12.2020 [12:14] - Xəbərlər, Siyasət
Qardaş Azərbaycan Qarabağda əldə olunan böyük zəfərdən sonra işğal altındakı torpaqlarına qovuşmaqda davam edir. Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra bu dəfə də Laçına daxil olub. Qarabağ Azərbaycandır!

Bu ifadələr Laçın rayonunun işğaldan azad olunması münasibətilə Türkiyə Milli Müdafiə Nazirliyinin internet səhifəsində yer alan paylaşımda əksini tapıb. Paylaşımda şanlı ordumuzun Laçın rayonuna daxil olmasını əks etdirən görüntülər də yer alıb.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed