Şrift:
Aybəy İsayev: “Azərbaycan hökuməti ən çətin anlarda Gürcüstana maddi-mənəvi dəstək verib”
19.11.2012 [14:36] - Borçalı
Azərbaycan Gürcüstanın yaxın strateji tərəfdaşıdır və bu iki ölkə arasında münasibətlərin normal şəraitdə inkişafı üçün zəmin yaradır.

Bu sözləri Tiflisdən Gürcüstandan Qafqaz məsələləri üzrə analitik Aybəy İsayev Gürcüstan-Azərbaycan əlaqələrini şərh edərkən bildirib.

“Hər iki ölkə transmilli enerji, nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsində əməkdaşlıq edir. Nəzərə alsaq ki, Azərbaycan Gürcüstana ən böyük sərmayə yatıran ölkələrdən biridir (bura həm dövlət, həm də özəl sektor daxildir), o zaman Azərbaycanın Gürcüstanın xarici siyasətində oynadığı rolu anlamaq olar”,-deyə analitik qeyd edib.

Analitik uzun illərdi ki, Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlıq münasibətləri ikitərəfli və çoxtərəfli qaydada uğurla inkişaf etməkdə olduğunu bildirib.

”Azərbaycan hökuməti ən çətin anlarda Gürcüstan xalqına və dövlətinə maddi-mənəvi dəstək verib. Hesab edirəm ki, hər iki tərəf bu əlaqələrin bütün sahələrdə dərinləşməsi, əməkdaşlığın əhatə dairəsinin genişlənməsi üçün səylərini bundan sonra da ardıcıl şəkildə davam etdirməlidir”, - deyə A.İsayev söyləyib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed