Şrift:
Urmiyədə yaşayan türk siyasi məhbus Hamid Qaraoğlani edam cəzasına məhkum edildi!
02.12.2020 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Gümaz TV-nin Güney Azərbaycandakı insan haqları fəallarının açıqlamalarına istinadən aldığı məlumata görə, 30 dekabr 2020-ci il bazar ertəsi günü Hamid Qaraoğlani - 1986-cı il təvəllüdlü – Urmu sakini - Beheşti Universitetinin kompüter memarlığı məzunu və Urmiya mərkəzi həbsxanasının 3-cü bölməsində tutulan türk siyasi məhbus cinayət prosessual məcəlləsinin 302-ci maddəsinə əsasən İsrail və ABŞ-la təmaslar yolu ilə milli təhlükəsizliyiyə qarşı hərəkət etmək, xarici mediya ilə əlaqə qurmaq, rəhbərliyi təhqir etmək və Qasım Süleimaninin fotosunu cırmaq kimi ittihamlarla 13 il üç ay həbs cəzası çəkməklə yanaşı, İnqilab Məhkəməsinin Urmudakı 2 saylı şöbəsində hakimin "silahlı mübarizə" ittihamı ilə ölüm cəzasına məhkum edildi.



Bu siyasi məhbusun bacısı Haniyə Qaraoğlaninin dediyinə görə, “Hamid Qaraoğlani, dinlənildikdən sonra Urmu İnqilab Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən cəzalandırıldı. Bu hökmdə, qardaşım Urmu İnqilab Məhkəməsinin 2-ci şöbəsinin iki hakimi tərəfindən 13 il 3 ay həbs cəzasına məhkum edildi. Milli təhlükəsizliyə qarşı hərəkət etdiyi ittihamı ilə isə edama məhkum edildi. "Qərar çıxarıldıqdan sonra 20 gün ərzində apellyasiya şikayəti verilə biləcəyi bildirildi."



Hamid Qaraoğlani 27 iyun 2020-cı il tarixində Urmu Kəşfiyyat Xidməti tərəfindən “İrandakı müxalifət təşkilatları ilə əlaqədə olmaq, rəhbərliyi təhqir etmək və rejimə qarşı təbliat” ittihamı ilə həbs edilib. O, təhlükəsizlik orqanının təcridxanasına aparılaraq sorğu-sual edildikdən sonra 16 iyul 2020-cı il tarixində karantin şöbəsinə, oradan isə Urmu Mərkəzi Həbsxanasının 3-cü palatasına köçürülmüşdür.



28 sentyabr 2020-cı il tarixli məhkəmədə ilə Urmiya İnqilab Məhkəməsinin 2 saylı şöbəsi onu “"ABŞ-İsrail" düşmən ölkələrinə casusluqda, xarici KİV-lərlə əlaqədə, rəhbərliyi təhqir etməkdə, Qasım Süleimaninin şəklini cırılmaq” və digər ittihamlarla günahlandırdı. Məhkəmədə hakimlik edən hakimlərdən biri Əli Şeyxlu adlı şəxs olub.



Hamed Qaraoğlani, dindirmə zamanı vəkil və digər hüquqlarından istifadə etmək haqqından məhrum olub.1 sentyabr 2020-cı il tarixində Urmu Mərkəzi Həbsxanasına köçürülməsindən təxminən iki ay sonra onda koronovirus simptomları müşahidə olunsada heç bir həkim yardımından istifadə etməsinə imkan verilməyib.
Bu xəbər oxucular tərəfindən 219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed