Şrift:
Zərdabda yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıb
03.12.2020 [11:27] - Gündəm, Sosial
Zərdab rayonunda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi - rayonun Xanməmmədli kəndində yaşayan Eşqin Məmmədovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan həmin şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, yaşadığı ünvanı bir neçə dəfə tərk edib.

Polis əməkdaşları tibbi prosedurları gözləməklə E.Məmmədovu evindən kənarda olan zaman müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində Zərdab Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed