Şrift:
Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının attestasiyası üzrə test imtahanı keçirilib
03.12.2020 [11:47] - Gündəm, Bildiriş
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin peşəkarlığının obyektiv qiymətləndirilməsi, tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi və gələcək inkişaflarının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən onların attestasiyası üzrə test imtahanı keçirilib.

Komissiyadan bildirilib ki, imtahanda qanunvericilik üzrə 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. İmtahanda test tapşırıqlarının ən azı 60 faizini (60 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış sayılırlar.

Attestasiya üzrə test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 18 nəfərdən 16-sı test imtahanında iştirak edib, 15-i müvafiq keçid balını toplayıb.

Test imtahanının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed