Şrift:
Tacikistan portalı: Azərbaycan işğaldan azad olunan rayonlarını inkişaf etdirəcək
03.12.2020 [12:05] - Xəbərlər, Siyasət
Tacikistanın “avesta.tj” portalında Laçın rayonunun Azərbaycana təhvil verilməsi ilə bağlı məqalə dərc olunub

Məqalədə Laçından əvvəl - noyabrın 20-də Ağdam, 25-də isə Kəlbəcər rayonları Azərbaycana qaytarılıb.

Yazıda vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev Laçının azad edilməsi münasibətilə xalqa müraciət edib. Bildirib ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan və şəhid vermədən Azərbaycana qaytarılıb.

Prezident İlham Əliyev deyib ki, gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində Laçın rayonunun böyük rolu olacaq.

Müəllif Azərbaycan Prezidentinin müraciətindən sitat da gətirib: “Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır”.
Bu xəbər oxucular tərəfindən 141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed