Şrift:
Gürcüstanda COVID-19-a yoluxanların sayı 150 minə çatır
03.12.2020 [12:08] - Gündəm, Sosial
Gürcüstanda son sutka ərzində dada 4 min 260 nəfərdə koronavirus aşkarlanıb. 2947 nəfər müalicə olunub, 45 xəstə isə ölüb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat verilib.

Bildirilir ki, bununla da, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 147 636 nəfərə çatıb ki, onların da 124 568-i sağalıb, 1 387-si isə ölüb.

Hazırda karantin rejimində 1 974, stasionar nəzarətdə 6 561 nəfər saxlanılır. 3 867 nəfər isə xüsusi otellərdə müalicə alır.
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed