Şrift:
Ərdəbil həbsxanasında koronovirus tüğyan edir
03.12.2020 [12:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı türklərin milli-məədəni haqlarını tələb etdikləri üçün məhkum edilən və Ərdəbil həbsxanasında iki illik cəzalarını çəkən güney azərbaycanlı qardaşlar Əli və Rza Vasiqi bildiriblər ki, “burada(Ərdəbil həbsxanası) dəhşətli vəziyyət hakimdir.



Məhkumlar qızdırmadan, əzələ ağrılarından və nəfəs çatışmazlığından əziyyət çəkirlər."
Vasiqi qardaşları Ərdəbil məhkəmə sistemini məhbusların yaşamaq haqqına sahib olduqlarına inandıra biləcəklərinə ümid edirlər.



Onlar bildiriblər ki, sağlamlıqlarına qarşı törənəcək hər hansı bir təhlükə yə görə Ərdəbil məhkəmə orqanlarını məsuliyyət daşıyır.



Son günlər Ərdəbil həbsxanasının bütün bölmələrində koronovirus xəstəliyi ilə bağlı çox məlumatlar yayılıb. Həbsxanada durumun həddindən artıq ağır olmasına baxmayaraq az sayda məhkum tibbi məzuniyyətə göndərilib.



Eyni halda həbsxananın 7-ci bölməsində saxlanılan iki siyasi məhbus, Abbas Lisani və Yusif Kari'nin vəziyyətinin kritik olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed