Şrift:
Sabunçu rayonunda həftəsonu qadağasına əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkarlanıb
07.12.2020 [10:41] - Gündəm, Hüquq
Sabunçu rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu qadağasına əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Zabrat qəsəbəsində yerləşən marketlərdən birində yerləşən dönərxananın fəaliyyət göstərdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən həmin obyektin icarədarı paytaxt sakini İbrahim Novruzov, eləcə də orada işləyən Bakı şəhər sakinləri Tahir Eminov, Xəyal İsgəndərov, Ağasif İbrahimov və Ramin Məmmədəliyev barəsində inzibati protokol tərtib edilib.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 400 manat miqdarında cərimə olunublar.
Bu xəbər oxucular tərəfindən 1651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed