Şrift:
Azərbaycan paytaxtındakı otellərdən birində Böyük Britaniya vətəndaşının meyiti tapılıb
29.10.2011 [14:40] - Hadisə
Bakının Yasamal rayonunda yerləşən “Wellington Heightes” otelində Böyük Britaniya vətəndaşı, 1955-ci il təvəllüdlü Stiv Fordyer Michael adlı şəxsin meyiti tapılıb.

Yasamal rayon Polis İdarəsindən verilən xəbərə görə, həmin şəxs bir müddət əvvəl oteldə otaq kirayələyib. Onun hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla əlaqədar araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed