Şrift:
Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları “YAŞAT” Fonduna ianə ediblər
11.12.2020 [10:43] - Gündəm, İqtisadiyyat
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən “YAŞAT” Fonduna ianə edilib.

Bu barədə komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda Vətən müharibəsində şücaətlə iştirak etmiş qəhrəmanlarımız və onların ailələri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub.

Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları da ölkəmizin ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək olaraq “YAŞAT” Fonduna 200 min manat məbləğində ianə ediblər.
Bu xəbər oxucular tərəfindən 130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed