Şrift:
Muxtar respublikada dekabr ayı üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılıb
11.12.2020 [10:44] - Gündəm, Sosial
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığorta-pensiya sisteminin tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri uğurla davam etdirilir.

Fonddan bildirilib ki, dekabr ayında pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsi qrafikdən əvvəl başa çatdırılıb. Hazırda isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsi üçün müvafiq işlər görülür.

Qeyd edək ki, muxtar respublikada pensiyaçılara pensiyaların ödənilməsi sistemində mütərəqqi üsullardan istifadə olunur. Belə ki, bütün növ əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə etmək imkanına malikdirlər. Eyni zamanda, kənd yerlərində yaşayan pensiyaçıların pensiyalarını yaşadığı ünvanda əldə etməsi üçün də müvafiq tədbirlər görülüb, onların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunub. Hazırda muxtar respublikada 604 pensiyaçı pensiyalarını kəndlərdəki poçt bölmələri vasitəsilə əldə edir.
Bu xəbər oxucular tərəfindən 119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed