Şrift:
Xoyda onlarla çörəkxana bağlanıb, yüzlər nəfər işsiz qalıb
15.12.2020 [12:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan Xoy şəhərinin “Çörəkçilər Sinfi”nin rəisinin dediyinə görə, “buğda və un qiymətlərinin bahalaşması səbəbindən “azad fəaliyyət” göstərən börəkxanalar bağlanıb. Bunun nəticəsində Xoy şəhərində 200 nəfər işsiz qalıb.”



“İSNA” xəbər agentliyinin verdiyi məlumata görə, dekabrın 14-də, Xoy şəhərinin “Çörəkçilər Sinfi” nin rəisi Əhəd Aslani mətbuata verdiyi açıqlamada un qıtlığı və bahalığı nəticəsində bu şəhərdə onlarla çörkxananın bağlandığını, yüzlərlə insanın işsız qaldığını bildirib.Onun dediyinə görə, qıtlıq və bahalıq üzündən zərərlə işləməkdənsə iş yerlərini qapatmağı tərcih ediblər.



Əhəd Aslani “çörəkçilərin dəfələrlə dövlət tərəfindən subsidiyaların ayrılması üçün müraciətlərinin cavabsız qaldığını” bildirib. Bu isə onsuzda maddi sıxıntı çəkən şəhər əhalisinin iqtisadi və yaşayış durumunun dahada ağırlaşmasına səbəb olub.



Bir neçə müddətdir ki, Qərbi azərbaycanda bu sahədə ciddi problemlər yaşanır. Oktyabr və noyabr aylarında əyalətin mərkəzi Urmu şəhərində eyni səbəbdən çoxsaylı çörəkxanalar bağlandı.



İran hökuməti xarici valiyutaya tətbiq etdiyi üsulu un qiymətlərinədə tətbiq edərək ona üç qiymət təyin edib. Buna görədə bir çox sahibkarlar, xüsusilə azad fəaliyyət göstərən və dövlətdən subsidiya ala bilməyən çörəkçilər iş yerlərini bağlamağa məcbur olurlar.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed