Şrift:
“Azəraqrartikinti” “YAŞAT” Fonduna 50 min manat vəsait köçürüb
16.12.2020 [11:45] - Gündəm, İqtisadiyyat
İşğal altında olan torpaqlarımızın 44 gün davam edən Vətən müharibəsi nəticəsində azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna “Azəraqrartikinti” ASC tərəfindən 50 min manat vəsait ianə edilib.

ASC-dən bildirilib ki, hər zaman həyata keçirdiyi sosial məsuliyyət layihələri ilə fərqlənən “Azəraqrartikinti” şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində təşəbbüslərin reallaşdırılması kimi nəcib və xeyirxah məqsədlərlə yaradılmış fondun fəaliyyətinin dəstəklənməsini hər bir Azərbaycan vətəndaşının mənəvi borcu hesab edir.

“Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda canlarından keçən şəhidlərimizi hər zaman hörmətlə xatırlamaq, onların ailələrinin, döyüşlərdə yaralananların sosial müdafiəsinin təmin olunmasına köməklik etmək hər birimizin vətəndaşlıq borcudur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu qeyri-adi şücaət nümayiş etdirərək torpaqlarımızın bütövlüyünü təmin etdi. “YAŞAT” Fonduna köçürülən maddi vəsaitlə biz sosial həmrəylik nümayiş etdirərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşəcək və üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımızda qürurla dalğalandıracağıq”, - deyə ASC-nin məlumatında qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed