Şrift:
Sumqayıt polisi koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyini müəyyənləşdirib
16.12.2020 [11:48] - Gündəm, Sosial
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Polis İdarəsindən bildirilib ki, şəhər ərazisində qurulmuş karantin postlarının birində "Nissan Sunny” markalı avtomobil saxlanılıb. Araşdırma nəticəsində avtomobili idarə edən Bakı şəhər Səbail rayonunda qeydiyyatda olan və hazırda Sumqayıt şəhər Novxanı bağlarında yaşayan 41 yaşlı Seymur Nuriyevin aktiv koronavirus xəstəsi olduğu məlum olub. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılaraq, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılıb. Polis əməkdaşları tərəfindən əraziyə briqada dəvət olunub və həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 89 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed