Şrift:
Danimarkanın Baş naziri bu yaxınlarda koronavirus əleyhinə yeni məhdudiyyətlərin qüvvəyə minəcəyini bəyan edib
18.12.2020 [10:44] - Xəbərlər, Sağlıq
Danimarkanın Baş naziri Mette Frederiksen bu yaxınlarda koronavirus əleyhinə yeni məhdudiyyətlərin qüvvəyə minəcəyini bəyan edib.

Danimarka KİV-ləri xəbər verir ki, yeni məhdudiyyətlər barədə qərar COVID-19-la bağlı vəziyyətin gərginləşməsi nəzərə alınaraq qəbul edilib.

Mette Frederiksinin sözlərinə görə, Danimarkada koronavirus infeksiyasının yayılmasının kritik həddə çatması ilə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir. “Biz yubanmadan bu istiqamətdə təcili tədbirlər görməliyik”, - deyə o bildirib.

Təqdim olunan tədbirlər sırasına ölkədəki bütün ticarət mərkəzlərinin, o cümlədən yanvarın 3-dək aptek və supermarketlər istisna olmaqla mağazaların bağlanması daxildir. Görülən tədbirlər, həmçinin birinci dərəcəli əhəmiyyət daşımayan bütün bərbərxanaların və bir çox digər müəssisələrin işinin dayandırılmasını da əhatə edir.

Bundan əlavə, dekabrın 21-dən etibarən bütün məktəblilər tam distant təhsil üsuluna keçəcək. Qeyd edək ki, indiyədək yalnız yuxarı sinif şagirdləri sözügedən üsuldan istifadə ediblər.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed