Şrift:
ÜST Çinə komissiya göndərir
18.12.2020 [10:58] - Gündəm, Sosial
Yanvarın ilk həftəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə beynəlxalq komissiya göndərmək niyyətindədir.

VVS-ə xəbər verir ki, komissiyanın məqsədi COVID-19 pandemiyasına səbəb olan virusun mənşəyini araşdırmaqdır.

Missiyanın tərkibi müxtəlif ölkələrdən olan 12-15 ekspertdən ibarət olacaq. Ekspertlər rəylərini öz müşahidələrinə, eləcə də Çin mütəxəssisləri tərəfindən heyvan və insanlardan toplanmış nümunələrə əsasən verəcəklər.

Danimarkanın nümayəndəsi Tea Fişer “Röyter” agentliyinə müsahibəsində bildirib ki, ezamiyyət ölkəyə girişdən sonra iki həftəlik məcburi təcridedilmə də daxil olmaqla altı həftə davam edəcək. Onun sözlərinə görə, əgər çinli həmkarları toplanmış materialların təhlilini onların gəlişinə kimi başa çatdırsalar, komissiya dərhal araşdırmanın ikinci mərhələsinə başlaya bilər.

Lakin əvvəllər, virusun yayılmağa başladığı ilk vaxtlarda Çini hökumətini əsl fəlakətin miqyasını ört-basdır etməkdə ittiham edən ABŞ birinci mərhələni Çin nümayəndələrinə etibar etdiyinə görə ÜST-i tənqid edib. Maksimum şəffaf araşdırmalara çağıran Vaşinqton hesab edir ki, beynəlxalq nəzarətin bütün mərhələlərdə aparılması zəruridir.

Uxan şəhərində mənşəyi bilinməyən sətəlcəmin peyda olması barədə Çin hakimiyyət orqanları ÜST-ə ötən ilin 31 dekabr tarixində məlumat verib. O zaman yeni virus növünün yayılmasının episentri sayılan ərzaq bazarı dərhal bağlanmışdı.

May ayında bir sıra ölkələrin səhiyyə nazirləri ÜST-i virusun mənşəyini, eləcə də onun Çinin hüdudlarını belə tez aşmasının səbəblərini araşdırmağa çağırıb.

ÜST nümayəndələrinin bildirdiyinə görə, təşkilat son aylar ərzində Çin tərəfi ilə komissiyanın iş şərtlərini və onların ciddi məhdudiyyətlər şəraitində ölkədə yerdəyişməsinin təfərrüatlarını razılaşdırıb.
Bu xəbər oxucular tərəfindən 94 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed