Şrift:
“Modern Group”: Ali Baş Komandanın əmrində, xalqımızın xidmətindəyik
18.12.2020 [11:23] - Gündəm, Hərb
“Modern Group” tərkibinə daxil olan və tibb sahəsində mühüm işlər görən “Medicenter” MMC və “Modern Hospital MMC” olaraq, sentyabrın 27-sindən başlayan Vətən müharibəsinin Allahın izni, Ali Baş Komandanın əmri, ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə 8 Noyabrı tarixin səhifələrinə şanlı hərflərlə “Zəfər Günü” kimi yazdıraraq müharibənin lehimizə tamamlanması münasibətilə şəhid analarının əllərindən öpür, xalqımızı və bütün türk dünyasını könüldən təbrik edirik!

2-ci Qarabağ müharibəsi gedişatında istər ön cəbhədə ordumuzun əvəzolunmaz və danılmaz zəhməti, istərsə də arxa cəbhədə həm şirkətlər, həm vətəndaşlar, uşaqdan böyüyə hər kəs həmrəylik göstərərək ön cəbhəyə fiziki, maddi dəstək olmağa çalışmışdı. Bu sahədə “Medicenter” və “Modern Hospital” da ordumuza dəstək məqsədli bir sıra işlər görüblər.

2018-ci ildən travmatoloji sahədə fəaliyyət göstərən ABŞ-nın “Zimmer Biomet”, Polşanın “ChM” firmalarının ölkəmizdəki rəsmi eksklüziv təmsilçisi olan “Medicenter” müharibə dövründə cəbhə bölgəsinə yollanan 10-dan çox həkim-travmatoloqlara tibbi təyinatlı malları (travmatoloji alət-avadanlıqları, sərfiyyatları, “İlizarov” aparatları və s. ) tam təmənnasız olaraq ianə edib. Vətən müharibəsinin ilk günündən başlayaraq yaralı əsgərlərimiz, zabitlərimiz üçün əməliyyatların keçirilməsi məqsədilə travmatoloji sərfiyatlar cəbhəyə yaxın xəstəxanalara göndərilib, bu günə kimi 20 000 AZN məbləğində olan travmatoloji sərfiyyatlar istifadə edilib. “Medicenter”in kollektivi istər cəbhə bölgəsində, istərsə də Bakıda fəaliyyət göstərən həkim-travmatoloqlara lazımi köməyi təmin etmək üçün səfərbər olmuşdur.

2008-ci ildən fəaliyyət göstərən və hər il on minlərlə pasiyentin etibarını qazanmış “Modern Hospital” da müharibə dövründə fəal iştirak etmişdir. Həm cəbhə bölgəsində aktiv hərbçi kimi əlində silah düşmənlə vuruşaraq, həm də cəbhədə vətənə xidmət edənlərin sağlamlıqlarının keşiyində duran 27 nəfərlik tibbi briqada fəaliyyət göstərmişdir. Əlavə olaraq, yaralı əsgər və zabitlərimizin əməliyyatında, müalicəsində istifadə üçün 30 000 AZN-lik tibbi ləvazimatlarla təmənnasız şəkildə ordumuza dəstək olmuşdur. Həmçinin müalicələrinin daha əlverişli və təminatlı şəraitdə davam etdirilməsi məqsədilə cəbhədə yaralanmış əsgərlərimizdən bəziləri “Modern Hospita”la təxliyə olunmuşdular. 2 ay müddətində 14-ü stasionar, 20-si ambulator olmaqla ümumilikdə 34 hərbçimizin müalicəsi tam təmənnasız şəkildə aparılıb.

Vətənə xidməti özünə şərəf bilənlərə xidmət göstərmək, bizlər üçün ən böyük qürur mənbəyidir!

QARABAĞ AZƏRBAYCANDIR !!!

http://modernhospital.az/

https://medicenter.az/
Bu xəbər oxucular tərəfindən 802 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed