Şrift:
Səbail rayonunda yaşayış binasında yanğın baş verib
21.12.2020 [11:15] - Gündəm, Hadisə
Paytaxtın Səbail rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda Neftçilər prospekti 83 ünvanında dördmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed